İran vətəndaşı sərhəddə qəza törətdi - ÖLƏN VAR


15:14     26 Aprel 2018 2018/04/samur-homruk_1524726945.jpg

İran vətəndaşı sərhəd-keçid məntəqəsində qəza törədib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, aprelin 25-də saat 6 radələrində Qusar rayonunun “Samur” sərhəd-keçid məntəqəsində İran İslam Respublikası vətəndaşı Qulamirzə Fərəczadə “Volvo” markalı yük avtomobilini arxaya verərkən Samur qəsəbə sakini Gülarə Saruxanovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Qusar RPŞ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Volvo   #DİN  

Oxunub: 1194


Oxşar xəbərlər