Gömrükdə mobil telefonlar tutuldu


18:56     27 Aprel 2018 2018/04/telefon-gomruk_1524826791.jpg

Gömrük orqanlarına bəyan edilməyən mobil telefonlar aşkarlanıb.


Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes-Benz C 230” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən gömrük orqanına bəyan edilməyən 23 ədəd mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Gürcüstan   #Azərbaycan   #Sınıq-Körpü  

Oxunub: 1357