Yeni sədr işçiləri topladı - Tapşırıqlar verdi
21:27 27 Aprel 2018
Dövlət Gömrük Komitəsində qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Komitədən Femida.az-a verilən məlumata görə, müşavirədə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ilk növbədə gömrük orqanlarına göstərilən etimada görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib və gömrük orqanlarının işinin daha da səmərəli qurulması istiqamətində səylərin artırılacağını vurğulayıb.
Komitə sədri qeyri-neft sektorunun inkişafı, sahibkarlıq mühitinin yaxşılaşdırılması, ölkəmizin tranzit potensialının gücləndirilməsi, turizmin inkişafına dəstək verilməsi, gömrük işinin təşkili zamanı şəffaflığın tam təmin olunması və mövcud problemlərin ən qısa zamanda aradan qaldırılması barədə konkret tapşırıqlar verib.
Səfər Mehdiyev xüsusilə idxal-ixrac əməliyyatları zamanı şəffaflığın təmin olunması, bu istiqamətdə xarici iqtisadi fəaliyyət iştirakçıları ilə sıx əlaqələrin qurulması, təbliğat və maarifləndirmə işlərinə xüsusi önəm verilməsinin vacibliyini diqqətə çatdırıb.
Sonda müşavirədə qaldırılan məsələlərlə bağlı təkliflər dinlənilib və onların həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Femida.az
Oxunub: 1695
Oxşar xəbərlər
- DGK ilin əvvəlindən 53 cinayət faktı aşkarlayıb
- DGK külli miqdarda qızıl-zinət əşyalarının ölkədən çıxarılmasının qarşısını alıb
- DGK: "Zəngəzur dəhlizinin açılması ilə burada təmassız gömrük xidmətləri təşkil ediləcək"
- Gömrükdə böyük narkotik əməliyyatı: 622 kq heroin aşkarlandı
- Gömrük sahəsinə dair birgə komitə yaradıldı
- Gömrük Komitəsi büdcə öhdəliyinə 112 % əməl edib
- DGK sədri BMT-nin rezident əlaqələndiricisi ilə görüşüb
- DGK-nın dəstəklədiyi daha bir konfrans yekunlaşıb
- DGK Azərbaycan-Gürcüstan birgə gömrük məntəqəsinin əhəmiyyətini açıqlayıb
- Rüşvətə görə həbs edilən DGK əməkdaşlarının adları açıqlandı