İnkassator maşını qəzaya düşdü: 3 yaralı


22:24     23 Sentyabr 2015 300x225xinkasator-300x225.jpg.pagespeed.ic.nW7l9vstxl.jpg

Gəncə-Daşkəsən yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


APA-nın məlumatına görə, Göygöl rayonunun Qızılca kəndi ərazisində Azərbaycanda fəaliyyət göstərən banklardan birinin inkassator maşını ilə “Ford Tranzit” markalı avtomobil toqquşub. Nəticədə 3 nəfər xəsarət alıb.

Xəsarət alanlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların şəxsiyyəti müəyyənləşib.

İnkassator avtomobilində olan bank işçiləri - 1988-ci il təvəllüdlü Samir Abdullayev, 1978-ci il təvəllüdlü İlyas Verdiyev və 1989-cu il təvəllüdlü Rufan Hümbətov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, oradan isə Gəncə Mərkəzi Klinik Xəstəxanasına aparılıblar.

Açar sözlər:

Oxunub: 617


Oxşar xəbərlər