Bakını çirləndirən şəxs cərimə edildi


23:55     27 Aprel 2018 ekologiya.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Bakı şəhərində “Ətraf mühitin mühafizəsi haqqında” qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.



ETSN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, reyd zamanı Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində İlqar Hüseynova məxsus “Ford” markalı 99-XX-180 və Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində Asif İskəndərova məxsus “Kamaz” markalı 90-JA-219 dövlət qeydiyyat nişanlı avtomobillərin sözügedən ərazilərə qeyri-qanuni tullantı boşaltdığı aşkar edilib.


Faktla bağlı qanun pozucuları barəsində protokollar tərtib edilərək fiziki şəxs qismində hər biri inzibati qaydada 500 manat məbləğində cərimə olunub.

Açar sözlər:

Oxunub: 1270