Paşinyan: "Rusiya ilə münasibətlərə heç bir təhlükə yoxdur"


20:01     29 Aprel 2018 2018/04/pasinyan1_1524483189.jpg

Ermənistan və Rusiya arasında olan münasibətlərə heç bir təhlükə yoxdur.


Femida.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Ermənistanda keçirilən etiraz aksiyalarının lideri Nikol Paşinyan Rusiya Federasiyasının Dövlət Dumasının deputatları ilə görüşdə bildirib.

N.Paşinyan deyib: "Biz bu gün Dövlət Dumasının deputatları ilə söhbət etdik. Onların sualları var idi, biz onları cavablandırdıq. Əsas məsələ onda idi ki, bu prosesdə Rusiyaya qarşı geosiyasi qəsd yoxdur, geosiyasi revers olmayacaq və Ermənistan-Rusiya münasibətlərinə heç bir təhlükə yoxdur".

Femida.az

Açar sözlər: Paşinyan   Rusiya   Mitinq   Ermənistan  

Oxunub: 1334