Azərbaycan tacikistanlı diplomatlar hazırlayacaq


22:29     30 Aprel 2018 telebe8.PNG

Azərbaycan Diplomatiya Akademiyasında (ADA) təhsil almaları üçün Azərbaycan hər il Tacikistan vətəndaşlarına beş kvota, eləcə də tacikistanlı diplomatların hazırlanması üçün altı kvota ayıracaq.


Femida.az bu barədə Tacikistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Qeyd olunur ki, bununla bağlı saziş aprelin 25-i Tacikistan Xarici İşlər Nazirliyi ilə Azərbaycan Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyası arasında imzalanıb.

İmzalanma mərasimindən sonra Tacikistanın Azərbaycandakı səfiri Rüstəm Soli ilə Azərbaycan xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev arasında görüş baş tutub.

Femida.az

Açar sözlər: #Tacikistan   #Azərbaycan   #Nazirlik  

Oxunub: 1359