Yeni sədrdən daha bir kadr dəyişikliyi


13:42     02 May 2018 18_05_02_1525239758.jpg


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin əmri ilə qurumun Beynəlxalq Əməkdaşlıq, İctimiayyət və Mətbuat Xidməti Departamentinin direktoru Elçin Qədimov vəzifədən azad olunub.

Femida.az xəbər verir ki, onun yerinə İbrahim Mirzəyev təyin edilib.

İşdın uzaqlaşdırılan direktor sayta açıqlamasında yenə də adıçəkilən dövlət komitəsində çalışacağını bildirib.

Elçin Qədimov konkret hansı vəzifəni icra edəcəyini deməsə də, fəaliyyətini bundan sonra dövlət komitəsinin mərkəzi aparatında davam etdirəcıyini açıqlayıb.

Femida.az

Açar sözlər: #qaçqınkom   #komitə   #qaçqın   #iş   #kadr  

Oxunub: 1993