Şagirdlərin nəzərinə - Buraxılış vərəqələri mayın 7-də veriləcək
17:42 02 May 2018
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, tam orta təhsil səviyyəsi üzrə eksternat imtahanlarında iştirak üçün 378 ərizə qeydiyyata alınıb.
Femida.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən, eksternat imtahanları mayın 15-də və 16-da paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.
Ərizələri Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən qəbul edilmiş eksternlər mayın 7, 8, 10 və 11-də saat 10-dan 18-dək 258 nömrəli tam orta məktəbdən şəxsiyyət vəsiqələrini təqdim etməklə imtahana buraxılış vərəqələrini əldə edə bilərlər. Eksternat imtahanlarında uğur qazanan şəxslər tam orta təhsil haqqında sənəd almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak hüququna sahib olacaqlar.
Femida.az
Oxunub: 1180
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"