Azərbaycanda orqan transplantasiyası aparan müəssisələr - SİYAHI
14:33 03 May 2018
Azərbaycanda orqan transplantasiyası əməliyyatları aparmağa icazə verilən müəssisələrin sayı artırılıb.
Femida.az xəbər verir ki, "İnsan orqan və (və ya) toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı"na "Gəncə Müalicə Diaqnostika Mərkəzi" MMC-nin də adı əlavə edilib. Mərkəzdə böyrəklər, qaraciyər, ürək, ürək-ağciyər kompleksi, mədəaltı vəzi və seqmentləri, mədəaltı vəzi onikibarmaq bağırsaqla birlikdə, gözün buynuz qişası, sümük iliyi kimi orqan və (və ya) toxumalarının transplantasiya əməliyyatları icra edilə bilər.
İndiyədək bu müəssisələrin siyahısına M.M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası (böyrəklər), Mərkəzi Gömrük Hospitalı (qaraciyər, mədəaltı vəzi və onun seqmentləri, böyrəklər, gözün buynuz qişası), Akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Oftalmologiya Mərkəzi (gözün buynuz qişası), Mərkəzi Neftçilər Xəstəxanası (qaraciyər, böyrəklər, mədəaltı vəzi və onların seqmentləri, mədəaltı vəzi 12 barmaq bağırsaqla birlikdə, gözün buynuz qişası) daxil olub.
Femida.az
Oxunub: 729
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib