Bu gün 28 dərəcə isti olacaq
13:30 04 May 2018
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 11-14, gündüz 22-27, Bakıda gecə 12-14, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 763 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 45-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 9-14, gündüz 23-28, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
Femida.az
Oxunub: 1179
Oxşar xəbərlər
- Daşkəsən istiqamətində mövqelərimiz yenidən atəşə tutulub
- Kəlbəcər və Tovuz istiqamətlərində mövqelərimiz atəşə tutulub
- Azərbaycan MN: "Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub"
- Kəlbəcər istiqamətində mövqelərimiz artilleriya atəşinə tutulur
- Sərhədin Laçın və Kəlbəcər istiqamətlərində Ermənistanın xeyli canlı qüvvəsi və hərbi hissələri məhv edilib
- Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatıb
- Kəlbəcər və Laçın istiqamətində mövqelərimiz atəşə tutulub
- Xalq artisti Ənvər Həsənovun koronavirus testi pozitiv çıxıb, vəziyyəti ağırdır
- Bakıda Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxs həbs edilib
- Azərbaycan Ordusunun mövqeləri üç istiqamətdə atəşə tutulub