Abid Şərifovun ailəsində faciə - Ölənlər var


19:46     04 May 2018 18_05_04_1525434480.jpg

Prezident seçkilərindən sonra baş nazirin müavini vəzifəsindən azad edilən Abid Şərifovun ailəsində faciəvi hadisə yaşanıb.


Femida.az BakuPost-a istinadən xəbər verir ki, A. Şərifovun qardaşı oğlu yol qəzası nəticəsində həyatını itirib. Hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Belə ki, mayın 2-də saat 13:00 radələrində Zahid Şərifov idarə etdiyi "Volkswagen” markalı avtomobili yolun kənarındakı evin hasarına, sonradan isə qaz borusuna çırpıb.
Nəticədə Z. Şərifov və avtomobildəki Elçin Tağıyev hadisə yerindəcə ölüb, digər 2 sərnişin isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər: #Abid_Şərifov   #Faciə  

Oxunub: 1977