Qurbanlıqlar 20-25 faiz ucuzuna yarmarkalarda


01:23     25 Sentyabr 2015 519135_51034wed.jpg

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Qurban bayramı münasibəti ilə Bakı şəhəri və Bakı ətrafı qəsəbələrdə qurbanlıq heyvanların satışı və müasir standartlara uyğun kəsim məntəqələri təşkil edilib.


Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, bununla əlaqədar olaraq, bu gün kənd təsərrüfatı nazirinin müavini İ. Quliyev Binəqədi rayonunda 8-ci mikrorayon ərazisində təşkil olunmuş qurbanlıq heyvanların kəsim məntəqələrinə baş çəkib.

Qurbanlıq qoyunlar ölkənin bütün rayonlarından gətirilib. Ötən ildən fərqli olaraq, bu il satışa çıxarılan heyvanların sayında artım var və qiymətlər 95 manatdan 90 manata endirilib. Hər bir məntəqəyə xüsusi qəssablar təyin edilib. Heyvanların kəsiminə və ətin keyfiyyətinə nəzarət etmək üçün Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

İ. Quliyev Binəqədi rayonunda təşkil edilən kənd təsərrüfatı məhsullarının satış yarmarkasına gəlib. Qiymətlərlə maraqlanan İ. Quliyev satıcılarla söhbət edib, onların problemlərini dinləyib. Yarmarkada bazara yalnız yerli məhsullar çıxarılıb. Bayramla əlaqədar paytaxtın 5 rayonunda yarmarkalar fəaliyyət göstərir. Yarmarkalarda qiymətlər bazara nisbətən 20-25 faiz ucuzdur.

Açar sözlər:

Oxunub: 1153


Oxşar xəbərlər