İsa Qəmbər Bakıya qayıdıb
01:33 07 May 2018
Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər səhhəti ilə əlaqədar müalicə olunduğu Almaniyadan Bakıya qayıdıb.
Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli APA-ya bildirib ki, İ. Qəmbər Almaniyadakı xəstəxanalardan birində müayinə olunub və müayinəsi başa çatdığı üçün Bakıya qayıdıb.
Qeyd edək ki, bu ilin əvvəlində Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İsa Qəmbərin səhhətində problem yaranıb. O, Mərkəzi Klinik Xəstəxanada müalicə olunub, ürəyinə bir neçə stend yerləşdirilib.
Fevral ayının sonlarında isə o, müalicəsini davam etdirmək üçün Türkiyəyə gedib.
Ankaradakı Hacettepe Universiteti Xəstəxanasında müalicə olunan İ. Qəmbərin müalicəsi martın 14-də başa çatıb və o, Bakıya qayıdıb.
Oxunub: 1161
Oxşar xəbərlər
- Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır
- Latviya Rusiya ilə iqtisadi əməkdaşlıq haqqında sazişi dayandırıb
- Azərbaycan Ordusu “Qisas” əməliyyatı keçirib, ermənilərin canlı qüvvəsi və texnikası məhv edilib - VİDEO
- Elm və təhsil naziri: "İnstitutlarda çalışan alimlərin ixtisarından söhbət getmir"
- KİV: Rusiya iqtisadiyyatı sanksiyalara görə 15 il geriləyəcək
- Bakı Mühəndislik Universitetində iki ixtisasa qəbul dayandırılıb
- ABŞ Mariya Zaxarova və Qod Nisanova sanksiya tətbiq edib
- Azərbaycanda nişanlı qız oğlan evini yola salıb özünü ASDI
- Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib
- Fərid Əhmədov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunub