ASAN xidmət bir gün işləməyəcək


23:05     07 May 2018 asan_xidmet_1427465400.jpg

9 may - Qələbə Günü münasibətilə “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri - iş günüdür.



"ASAN Xidmət"dən Femida.az-a verilən məlumata görə, mayın 10-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, hazırda 13 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir.

Həmçinin, Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.


Femida.az

Açar sözlər: ASAN   Sumqayıt   Gəncə   Sabirabad   Bərdə   Qəbələ   Masallı   Quba  

Oxunub: 1086