Müsəlmanlara nifrətini gizlətmədi


15:54     25 Sentyabr 2015 lepen_35767g74.jpg

"Biz Macarıstanın baş naziri Viktor Orbanın miqrantlarla bağlı siyasətini dəstəkləyirik".


Femida.az axar.az-a istinadən xəbər verir ki, bunu Fransanın Milli Cəbhə Partiyasının lideri Marin Le Pen söyləyib. Onun sözlərinə görə, Viktor Orban Avropada yeganə şəxsdir ki, Şengenin qaydalarını həqiqətən reallaşdırır:

"Mən bizim siyasətçilərin Orbanla bağlı fikirlərini anlamıram. 2015-ci il ərzində Avropaya əvvəlki illərdən 4 dəfə çox miqrant axın edəcək. Artıq gələn il onların sayı 4 milyon nəfər olacaq".

Qeyd edək ki, bundan öncə Macarıstan baş naziri müsəlmanların və islamın Avropa üçün əsas təhdid olduğunu bildirmişdi.

Açar sözlər:

Oxunub: 3487