Eldar Mahmudovun qızı məhkəmədə uduzdu


13:48     09 May 2018 eldar%20m.jpg

Bakı Apellyasiya Məhkəməsində "Eyfel" MMC-nin Nigar Mahmudova və başqalarına qarşı iddiası əsasında məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.



Femida.az report-a istinadən xəbər verir ki, hakim Məmməd Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, tikinti şirkətinin apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin N.Mahmudovanın xeyrinə çıxardığı qətnamə ləğv olunub. Məhkəmə "Eyfel" MMC-nin iddiasını təmin edib.

Qeyd edək ki, "Eyfel" MMC N.Mahmudova, Q.Şahqasımov və T.Əzimovanı məhkəməyə verib. Yasamal Rayon Məhkəməsinə müraciət edən tikinti şirkəti müqavilələrin etibarsız hesab edilməsi, mülkiyyət hüququnun tanınması və işgüzar nüfuzu ləkələyən məlumatların təkzib olunması barədə tələb irəli sürüb. Məhkəmə hər üç iddianı təmin etməyib. Qərardan narazı qalan "Eyfel" MMC apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Xatırladaq ki, N.Mahmudova keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qızıdır.

Məlumata görə, "Eyfel" MMC-nin rəhbəri Yavər Qurbanovdur. O, şirkəti vaxtilə "MTN işi"nə görə axtarışda olan "Akula Akif" ləqəbi ilə tanınan Akif Mustafayevlə birgə təsis edib. Daha sonra Y.Qurbanov dələduzluqda təqsirli bilinib və 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bir neçə il müddətinə azadlıqdan məhrum olunub. Lakin sonradan şərti cəza alaraq azadlığa buraxılıb.

Femida.az

Açar sözlər: #Eldar-Mahmudov   #Eyfel   #məhkəmə  

Oxunub: 727


Oxşar xəbərlər