Soyğunçuluqda şübhəli bilinən şəxs tutulub


17:00     25 Sentyabr 2015 dfge.jpg

Bakıda soyğunçuluqda şübhəli bilinən şəxs tutulub.


Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bəxtiyar Səfərli saxlanılıb.

Aparılan araşdırmalar zamanı onun Nurlana Hacıyevaya məxsus içərisində 450 manat və 2 ədəd bankomat kartı olan pul kisəsini soyğunçuluq yolu ilə aldığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 777