ABŞ-da atışma - 1 ölü, 4 yaralı


17:01     11 May 2015 1052182413.jpg

ABŞ-da silahlı insident nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.


Femida.az-ın “Fox 8 News”a istinadən verdiyi məlumata görə, hadisə bazar ertəsi, yerli vaxtla 23:15-də Ohayo ştatının Klivlend şəhərində baş verib.

Naməlum şəxs atəş açaraq 5 nəfəri yaralayıb. Aralarında hamilə qadının olduğu yaralılar xəstəxanaya çatdırılıb. Yaralılardan üçünün vəziyyəti ağır olaraq qalır. Onlardan biri orada ölüb.

Atəş açan şəxsin kimliyi hələ məlum deyil. Faktla bağlı polis araşdırma aparır.

Açar sözlər:

Oxunub: 599