Hacıqabulda avtomobil aşıb


02:16     26 Sentyabr 2015 avtomobil.jpg

Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az-ın məlumatına görə, yol qəzası Bakı-Qazax magistralının 133-cü kilometrliyində, Hacıqabul rayonunun Qarasu kəndi ərazisində baş verib. Qazax rayonunun Qarapapaq kənd sakini, 1956-cı il təvəllüdlü, Qarabağ müharibəsi əlili Rəhimov Gündüz Səməd oğlu idarə etdiyi «NAZ Lifan» markalı avtomobili yoldan çıxararaq aşırıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 658