Yasamalda yanğın: Sakinlər təxliyə olundu


21:13     26 Sentyabr 2015 2015-05-22-09-04-06fhn-masin-liderxeber-yangin-640.jpg

Bakının Yasamal rayonunda yanğın hadisəsi baş verib.


Femida.az-ın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, beşmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən vətəndaşa məxsus sahəsi 10 kv.m olan otağın içərisinə yığılmış şirniyyat karopkaları 5 kv.m sahədə və 0.5 p.m elektrik kabeli yanıb.

Yanğın zamanı 5-ci mərtəbədəki mənzildən 3 nəfər sakin təxliyə olunub. Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 22:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 896