QMİ-dən imsak vaxtı ilə bağlı BƏYANAT
21:23 18 May 2018
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan ayı ilə bağlı bəyanat yayıb.
İdarədən Femida.az-a verilən məlumata görə, QMİ Qazılar Şurası tərəfindən təsdiq olunmuş mübarək Ramazan ayının təqvimində imsak vaxtı əvvəllər olduğu kimi, sübh azanından 15 dəqiqə deyil, 5 dəqiqə əvvəl göstərilib.
Bununla əlaqədar, Qafqaz Müsəlmanları İdarəsinə vətəndaşlardan çoxsaylı müraciətlər daxil olur:
“İmsak vaxtının sübh namazından 5 dəqiqə əvvəl təyin edilmə qərarı hər iki məzhəb üləmalarının fikirləri əsas tutularaq qəbul olunub.
Oruc tutan qardaş və bacılarımızın nəzərinə çatdırırıq ki, imsak vaxtının sübh azanından bir qədər əvvəl olması oruc tutanların səhuru sübh azanından əvvəl bitirib namaza hazır olmaları üçündür.
Builki Ramazan təqvimində belə bir dəyişiklik etmə qərarının başlıca məqsədi oruc tutanların rahatlığını daha yaxşı şəkildə təmin etməkdir.
İmsak vaxtı ilə sübh azanı vaxtı arasındakı 5 dəqiqəlik müddətin son hədd olduğu bir daha önəmlə vurğulanır”.
Femida.az
Oxunub: 938
Oxşar xəbərlər
- Nə qədər fitrə çıxarmalıyıq? – QMİ-DƏN AÇIQLAMA
- QMİ Ramazan ayı ilə bağlı fətva verib
- QMİ məscidlərə dini rəhbər təyin edə bilməyəcək
- QMİ sədri Patriarx Kirillə görüşüb
- QMİ sədri Çeçenistanda səfərdədir
- QMİ sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib
- QMİ sədri: "Dəmir yumruğun içərisində dindarlar da var"
- QMİ: Bu il də Ramazan bayramında camaat namazı qılınmayacaq
- Ramazan ayı bu tarixdə başlayaq - RƏSMİ
- QMİ sədri: Həqiqətləri dünyaya çatdırırıq