Qazaxda qadın cinayəti - Kişini sinəsindən bıçaqladı


15:47     19 May 2018 qadin%20ogurluq.jpg

Qazax rayonunda bıçaqlanma hadisəsi baş verib.



Femida.az-ın məlumata görə, rayonun Çaylı kənd sakini 1990-cı il təvəllüdlü Sanıyev Səməd Maksim oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə Qazax Rayon Mərkəzi Diaqnostika Mərkəzinə yerləşdirilib. O, əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə, hadisə münaqişə zəmnində bir qadın tərəfindən törədilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Qadın   #Bıçaqlanma   #Qazax  

Oxunub: 948