Dünən 106 cinayət törədilib - 25 nəfər tutulub


13:39     22 May 2018 omurluk%20hebs.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 106 cinayət faktı qeydə alınıb, onların 21-i “isti izlər”lə açılıb.

DİN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 28, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2, borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 10 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər: #DİN   #Həbs   #Cinayət  

Oxunub: 961