Şəkidə itkin düşən gəlin Abşeronda tapıldı


21:31     22 May 2018 2018/05/652480_1526995436.jpg

Şəkidə 25 gün əvvəl itkin düşən gəlin tapılıb.



Femida.az xəbər verir ki, rayon sakini, 1995-ci il təvəllüdlü Aygün Mustafayeva aprelin 27-də gecə saatlarında evdən çıxıb Abşeron rayonuna gəlib.

Qeyd edək ki, Aygün Mustafayeva Şəkinin Baş Zəyzid kəndində, həyat yoldaşının qohumunun evindən itkin düşmüşdü. Mayın 21-də axşam saatlarında qohumları onu Abşeron rayonu ərazisində tapıb və ailə üzvlərinə məlumat verib. Hazırda ailə üzvləri onu Şəkiyə gətirirlər.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, rayon sakini, 1995-ci il təvəllüdlü Aygün Mustafayeva aprelin 27-də gecə saatlarında evdən çıxıb və geri qayıtmayıb.

Femida.az

Açar sözlər: #Abşeron   #Şəki   #itkin  

Oxunub: 3119