DİM rəhbəri abituriyentlərə xəbərdarlıq etdi


22:25     22 May 2018 meleyke%20abbaszade.jpg

"Ali məktəblərə yaz qəbul imtahanlarında nəticə göstərib, yay imtahanında nizam-intizamı pozanların nəticələri ləğv olunacaq”


Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O, həmçinin bildirib ki, yaz imtahanında qayda pozanlar yay imtahanına buraxılmayacaq.

"Elə abituriyentlər var ki, birinci imtahandan sonra ikinci imtahana nizam-intizamı pozmaq məqsədilə daxil olurlar. Hesab edirlər ki, birinci imtahanda nəticələri var və yetərlərdir. İkinci imtahana qayda pozmaq üçün daxil olurlar. Yaz imtahanlarında da telefon keçirməyə, köçürməyə və ya başqasının əvəzinə keçməyə cəhdlər olub. Onların imtahan nəticələri ləğv olunub və yay imtahanına buraxılmayacaq”.

M.Abbaszadə bildirib ki, ötən il yaz və yay imtahanlarının nəticələri arasında 20 bal fərqi qeydə alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1028