“Yüksək miqdarda uran zənginləşdirməyə hazırıq” - İran meydan oxudu
00:58 23 May 2018
İranın Atom enerjisi təşkilatının rəhbəri Əli Əkbər Salehi uranın yenidən zənginləşdirilməsi üçün yüksək səviyyədə hazırlıqların aparıldığını açıqlayıb.
Femida.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, o, nüvə fəaliyyətlərinin 2015-ci ildə “5+1” ölkələri ilə imzalanan saziş çərçivəsində problemsiz şəkildə davam etdiyini bildirib:
“Əgər saziş öncəsi vəziyyətə qayıtmağa ehtiyac olarsa və ya yüksək miqdarda uran zənginləşdirmək istəsək, buna tam hazırıq. Ümid edirəm heç vaxt buna ehtiyac qalmayacaq”.
Qeyd edək ki, mayın 8-də ABŞ prezidenti Donald Tramp 2015-ci ildə İranla əldə edilmiş sazişdən çıxdığını bəyan edib. Digər 5 ölkə - Çin, Fransa, Almaniya, Rusiya və İngiltərə isə müqaviləni davam etdirəcəklərini açıqlayıblar.
Oxunub: 1142