Çimərliklərdə yoxlama başladı
13:28 23 May 2018
Çimərliklərdə dəniz suyunun monitorinqinə başlanılıb.
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov Femida.az-a bildirib ki, monitorinq oktyabrın 1-dək aparılacaq. Onun sözlərinə görə, monitorinq Bakı, Abşeron, Azərbaycanın şimal və cənubunda yerləşən bütün çimərlikləri əhatə edəcək.
Z. Kazımov qeyd edib ki, monitorinq zamanı çimərliklərdə dəniz suyunun laborator müayinələri aparılacaq: “Eyni zamanda, dəniz suyu kimyəvi, bakterioloji, radioloji və toksikoloji analizlərdən keçiriləcək. Analizlərin nəticələrinə əsasən, çimərliklərin hansının istifadəyə yararlı olub-olmadığına qərar veriləcək.
Qeyd edək ki, 2017-ci ildə aparılmış müayinələrin nəticələrinə görə, Qaradağda “Sahil”, Səbaildə “Şıx” və Sumqayıt çimərliklərində bakterioloji çirklənmə müşahidə olunub.
Femida.az
Oxunub: 2059
Oxşar xəbərlər
- İyunun 15-dən çimərlik mövsümü başlayır
- Bəzi çimərliklərdə dəniz suyu çirklidir
- Bakıda bu çimərliklər yararlıdır - Siyahı
- Bakıda qadağa qoyulan çimərliklər açıqlandı
- Gələn aydan çimərliklər açılacaq
- Çimərliklərdə ictimai-iaşə obyektlərinin fəaliyyətinə icazə verilib
- Çimərliklərlə əlaqədar növbəti xəbərdarlıq
- Bakıda çimərlikdə avtomobil yanıb - VİDEO
- Çimərliklərlə bağlı vətəndaşlara MÜRACİƏT
- Bakı polisi çimərliklərdə nəzarət-profilaktik tədbirlər keçirir