İntihara cəhd edən 3 uşaq anasını belə xilas etdilər - VİDEO (YENİLƏNİB)


00:03     24 May 2018 2018/05/33248872_603666636663010_715441221077565440_n-(1)_4581262770.jpg

Bakının Binəqədi rayonunda intihara cəhdin qarşısı alınıb.


Femida.az xəbər verir ki, hələlik kimliyi açıqlanmayan qadın Şövkət Məmmədova küçəsində yerləşən çoxmərtəbəli binanın damına qalxaraq, intihar etmək niyyətini nümayiş etdirib. Hadisə yerinə polis əməkdaşları və FHN xilasediciləri cəlb ediliblər.

3 saatan çoxdur, davam edən xilasetmə tədbirləri zamanı qadını fikirindən daşındıra biliblər.

Həmin görüntüləri təqdim edirik:




***

Bakının mərkəzində qadın özünü binadan atmaq istəyir.

Hadisə şahidlərinin Femida.az-a verdikləri məlumata görə, hadisə Binəqədi rayonu Şövkət Məmmədova küçəsində yerləşən yüksək mərtəbli yaşayış binaların birində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, 3 uşağı olan qadını qayınanası evdən çıxarır və buna görə intihara cəhd etmək istəyir.

Əraziyə polis və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib.

Hazırda 3 saatdır ki, qadını fikirindən daşındırmaq istiqamətində iş gedir.













Oğuz Altay

Femida.az

Açar sözlər: #Polis   #FHN   #Hadisə   #Binəqədi  

Oxunub: 11760