Lukaşenko İlham Əliyevə məktub göndərdi


00:23     24 May 2018 lukasenkoo.jpg

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Femida.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli İlham Heydər oğlu. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Müasir Azərbaycanın sabit sosial-iqtisadi inkişafı Sizin ardıcıl surətdə həyata keçirdiyiniz, müstəqilliyin və suverenliyin möhkəmlənməsinə yönəlmiş dövlət xəttinin nəticəsidir.

Ürəkdən sevinirəm ki, Belarus-Azərbaycan əməkdaşlığı həm xalqlarımız arasında tarixən formalaşmış dostluq münasibətləri ilə, həm də ölkələrimizin strateji tərəfdaşlığı dərinləşdirməyə fəal səy göstərməsi ilə səciyyəvidir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar və tükənməz enerji, Azərbaycan vətəndaşlarına isə əmin-amanlıq və firavanlıq arzu edirəm".

Femida.az

Açar sözlər:

Oxunub: 1165