Avtomobildəki qadına baxdığı üçün bıçaqlandı - Abşeron sakini
13:08 24 May 2018
Abşeronda sürücü avtomobilindəki qadın sərnişinə baxan kişini bıçaqlayıb.
Femida.az Report-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib.
Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü, 1975-ci il təvəllüdlü Nağıyev İlkin Vasif oğlu naməlum markalı avtomobilin sürücüsü ilə mübahisə edib. Adı açıqlanmayan sürücü İ. Nağıyevə avtomobilində olan qadına baxdığını əsas gətirərək, ondan maşını saxlamağı tələb edib. Sürücülərin mübahisəsi əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı İ.Nağıyev bıçaqlanıb.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hadisəni törədən şəxs Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən axtarılır.
Femida.az
Oxunub: 2675
Oxşar xəbərlər
- Abşeronda hərbi sursat aşkarlanıb
- Sabah Abşeronun bir hissəsində qaz olmayacaq
- Abşeronda kişi qısqanclıq zəminində bıçaqlanıb
- Sabah Abşeron rayonunun bəzi qəsəbələrində qaz olmayacaq
- Abşeronda quldurluq edən iki nəfər saxlanılıb
- Abşeronda 35 yaşlı kişi qətlə yetirilib, atası tutulub
- Abşeronda 65 yaşlı qadın intihar edib
- Bakı, Sumqayıt və Abşeron üzrə iyun ayının pensiyaları ödənilib
- Abşeronda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
- İyunun 9-da Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək