Polisə zor tətbiq edən şəxsə qarşı cinayət işi başlandı
21:39 24 May 2018
Mayın 20-də saat 00:30 radələrində paytaxtın Nəsimi rayonu ərazisində mübahisə zamanı Mehtiyev Anar Yusif oğlunun aralarında baş vermiş mübahisə zəminində Ağayev Fərhad Sultan oğlunu döyərək ağır bədən xəsarəti yetirməsi faktı ilə əlaqədar Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Bakı şəhər prokurorluğundan Femida.az-a verilən məlumata görə, mayın 22-də A.Mehtiyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Bununla yanaşı, A.Mehtiyevin şübhəli şəxs qismində tutulduqdan sonra Nəsimi RPİ-nin müvəqqəti saxlama yerinə aparılarkən Nəsimi RPİ-nin Post-Patrul Xidməti Bölüyünün polis nəfəri Alıyev Elnur Nurəddin oğlunun üz nahiyəsinə yumruq zərbələri vuraraq ona həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməsi faktına görə Nəsimi rayon prokurorluğunda 23 may 2018-ci il tarixdə Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
F.Ağayevə yetirilmiş xəsarətin həyat üçün təhlükəli olması nəzərə alınmaqla Nəsimi RPİ-nin İŞ-də istintaqı aparılan cinayət işi Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilib və həmin cinayət işi Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə istintaq edilən cinayət işinə birləşdirilib.
Femida.az
Oxunub: 1881
Oxşar xəbərlər
- Polisin sinəsinə yerlədirilmiş kameraya düşən əməliyyatın ŞOK GÖRÜNTÜLƏRİ - VİDEO
- Bakıda polisin oteldə tutduğu qadın görün kimdir - DETALLAR
- Polis ”Kubinka”da əməliyyat keçirib, 8 saxlanılıb
- Yol polisi sürücülərə çağırış edib
- DİN: "Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb"
- DYP: "Bayram günləri polis gücləndirilmiş iş rejimində xidmət aparır"
- DİN-də polis mayoruna yüksək vəzifə verilib
- DİN Ağsu sakininin polis zorakılığına məruz qalması barədə iddialara münasibət bildirib
- Sumqayıtda sabiq polis əməkdaşı intihar edib
- Bakıda polis əməliyyat keçirib, 1 kq-dan çox heroin aşkar edilib