DİM: 107 şagirdin qiymətində dəyişiklik edilib

DİM: 107 şagirdin qiymətində dəyişiklik edilib

17:06     25 May 2018 test%20imtahani.jpg


Ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanının və ümumi orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı yaradılan Apelyasiya Komissiyasına 208 şagird və ya abituriyent ərizə ilə müraciət edib.

Bu barədə Femida.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, onlardan 107 şagirdin (bütün imtahan verənlərin 0,09%-i) cəmi 153 tapşırıq (bütün tapşırıqların 0,007%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib.

Femida.az

Açar sözlər: #DİM   #imtahan   #tapşırıq  

Oxunub: 1352