Yığmamız Bolqarıstana uduzdu


13:01     27 May 2018 2018/05/99551-1527351175_1527365077.jpg

Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası növbəti yoldaşlıq oyununu keçirib.


Femida.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, Bolqarıstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız məğlub olub - 1:2. Yığmamızın qolunu Sona Rəhimova vurub.

Qeyd edək ki, komandalar arasında 3 gün əvvəl keçirilmiş oyun da eyni hesabla bolqarıstanlı futbolçuların xeyrinə başa çatmışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 1773