Prezident: "İqtisadiyyatımız 3.2 dəfə artıb"
18:45 28 May 2018
“Son illərdə ölkəmizin iqtisadi müstəqilliyi təmin olunur, iqtisadiyyatımız 3.2 dəfə artıb. Böyük valyuta ehtiyatları yaranıb. Bunu beynəlxalq reytinqlər də təsdiqləyir”.
Femida.az-ın xəbərinə görə, bunu prezident İlham Əliyev bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbulda çıxışında deyib.
Dövlət başçısı bildirib ki, “Davos” iqtisadi forumunun hesabatına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliyinə görə dünyada 35-ci yerdədir: “Bundan əlavə, sosial dövlət olan Azərbaycanda bu sahədə görülən işlər, icra olunan infrastruktur layihələr bir daha təsdiqləyir ki, ölkəmizin təbii resursları insan kapitalına çevrilib. Məhz Azərbaycanın təşəbbüsü ilə nəhəng neft kəmərlərinin istismara verilməsi sayəsində dənizlər, nəqliyyat infrastrukturunun qurulması ilə qitələr birləşib. Cənub Qaz dəhlizinin icrası , Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı addımlar atılıb. Bununla da ölkəmizin uzunmüddətli inkişaf strategiyası təmin olunub”.
Femida.az
Oxunub: 1206
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"