Dünyanın ilk spirtli “Coca cola”sı satışa çıxarıldı


03:33     29 May 2018 koko%20kola.jpg


“Coca cola” şirkəti Yaponiyada limon ətirli ilk alkoqollu içkisini satışa çıxarıb.

Bu barədə BBC məlumat yayıb.

Şirkət Asiya ölkəsində gənclər, xüsusilə qadınlar arasında spirtli içkilərə meylin artdığını nəzərə alaraq, 125 illik tarixində ilk dəfə olaraq 3%-8% alkoqollu üç çeşid içki hazırlayıb.

Yeni içkinin tərkibində olan spirt Yaponiyada istehsal olunub. “Coca cola” ənənəyə sadiq qalaraq, yeni içkisinin reseptini “məxfi material” kimi gücləndirilmiş şəkildə mühafizə edir.

Femida.az

Açar sözlər: #kola   #dünya   #içki   #spirt  

Oxunub: 2181