Köhnə qitənin yeni kəməri - İlk qaz vuruldu (FOTOLAR)
17:30 29 May 2018
Cənub Qaz Dəhlizinə ilk qazın vurulmasına başlanıb.
Femida.az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev kəmərə ilk qazın vurulmasını bildirən açarı işə salıb.
Bununla da, Cənub Qaz Dəhlizində Trans Anadolu Boru Kəmərinə (TANAP) qaz vurulmasına başlanıb.
İyunun 12-də Əskişəhərdə TANAP-ın istifadəyə verilməsi ilə bağlı Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə rəsmi tədbir keçiriləcək.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi Cənubi Qafqaz qaz boru kəmərini (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi, həmçinin Türkiyədə Trans Anadolu Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisi üzrə layihədir. Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.
Femida.az
Oxunub: 3964
Oxşar xəbərlər
- TANAP “İlin Layihəsi” oldu
- Azərbaycan Prezidenti: “TANAP dostluq layihəsidir”
- Azərbaycan Prezidenti TANAP layihəsinin Avropa ilə birləşəcək hissəsinin açılış mərasimində iştirak edir
- TANAP-la indiyədək 2,7 mlrd. kubmetr təbii qaz nəql edilib
- TANAP üzrə Türkiyədən nəql edilən qazın həcmi açıqlanıb
- TANAP iyulun 1-dən Avropaya qaz nəqli üçün tam hazırdır
- TANAP yayda hazır vəziyyətə gətiriləcək
- TANAP vasitəsilə sınaq qaz tədarükü
- TANAP və TAP birləşdirildi
- TAP boru kəməri üzrə işlərin 75 faizi icra edilib