General Tovuza getdi - SƏBƏB?


15:24     29 May 2018 2018/05/səfər+mehdiyev_1527578809.jpg

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər.


Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən Femida.az-a verilən xəbərə görə, mayın 29-da DGK-nın sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Tovuz şəhərində vətəndaşları qəbul edib.

S. Mehdiyev qəbuldan öncə Heydər Əliyevin Tovuz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Qəbulda bölgədə yerləşən - Tovuz, Şəmkir, Gədəbəy, Ağstafa və Qazax rayonlarının sakinləri, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı DGK sədri Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Femida.az

Açar sözlər: #General   #Səfər-Mehdiyev   #Tovuz  

Oxunub: 1661