Polis mayoruna yüksək vəzifə verildi - Şirkət rəhbəri oldu


13:44     30 May 2018 18_05_30_1527659024.jpg


"Ergotransit Global Inc.” şirkəti Azərbaycanda nümayəndəlik açıb.

Bu barədə Vergilər Nazirliyinin "Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib.

Aprelin 24-də dövlət qeydiyyatına alınmış şirkətin hüquqi ünvanı Nəsimi rayonu, Zərifə Əliyeva ev 55, mənzil 1-dir. Kommersiya qurumunun qanuni təmsilçisi isə Elxan Əbdülqafar oğlu Hacıyevdir.

E.Hacıyev Beynəlxalq Kollecin müəllimi, Beynəlxalq Yol Polisi və Nəqliyyat Təşkilatının Baş Assambleyasının üzvü, yol polisi mayoru, "Nəqliyyat hüququ" elmi-nəzəri jurnalının redaktorudur./report

Femida.az

Açar sözlər: #polis   #mayor   #şirkət  

Oxunub: 4159