Müəllim narkotik satarkən tutuldu - Azərbaycanda ŞOK


23:39     31 May 2018 hebs.jpg

Bakı Şəhər Prokurorluğunun və Bakı Şəhər Baş Polis idarəsinin keçirdiyi birgə əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonunda yerləşən 1 saylı Laçın rayon uşaq musiqi məktəbinin müəllimi, əvvəllər məhkum olunmuş 1963-cü il təvəllüdlü Rüstəmov Şərif Qurban oğlu narkotik vasitə satarkən yaxalanıb, barəsində cinayət işi başlanıb Baş Polis İdarəsinin İstintaq idarəsinin icraatına verilmiş və məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs edilib.

Qeyd edək ki, Şərif Rüstəmov Milli Məclisin 2015-ci il mayın 2-də keçirilən iclasında qəbul edilmiş amnistiya aktına əsasən azadlığa çıxıb. İxtisaslaşdırılmış Müalicə Müəssisəsində azadlığa buraxılan Şərif Rüstəmov həbsxanada daha çox Sona bülbüllər və Qarabağ şikəstəsini oxuduğunu söyləyib. ölkə.az

Açar sözlər: #HƏBS   #POLİS  

Oxunub: 2620