Qətlə yetirilən idmançının qatili tutuldu


18:27     28 Sentyabr 2015 4e6e7cb046546c16e028e177e45e3629.jpg


Bir neçə gün əvvəl Rusiyada qətlə yetirilən azərbaycanlı idmançının qatili tutulub.

Bu barədə məlumatı mərhumun yaxın qohumu, hüquqşünas Səməd Vəkilov məlumat verib. Onun sözlərinə görə, Rusiyanın Sibay şəhərində bıçaqlanaraq öldürülən peşəkar karate ustası, 42 yaşlı Ceyhun Qəhrəmanovun meyiti Azərbaycana gətirilib, Bakının Pirşağı qəbiristanlığında torpağa tapşırılıb.

S. Vəkilov C. Qəhrəmanovun qatilinin artıq tutulduğunu deyib: “Bizə verilən məlumata görə, onu qətlə yetirən Özbəkistan vətəndaşı saxlanılıb”.

Qeyd edək ki, Rusiya Federasiyasının Sibay şəhərində bizneslə məşğul olan C. Qəhrəmanov sentyabrın 25-də bıçaqlanıb. O, ürəyindən aldığı bıçaq xəsarətindən ölüb.

Açar sözlər:

Oxunub: 1177