"Teleqüllə"nin ətrafında vəziyyət nə yerdədir? - SON MƏLUMAT


14:31     02 İyun 2018 2018/02/bayil_1517925823.jpg

““Teleqüllə” sürüşmə sahəsi və Buxta küçəsində monitorinq davam etdirilir. Ərazilərdə quraşdırılmış mayaklarda çatlar, proseslərin dinamikasında aktivlik müşahidə edilməyib”.


Bunu Femida.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O bildirib ki, təbii və texnogen amillərin təsirindən Zığda sürüşmə prosesinin dinamikasında nisbi aktivlik baş verib.

Ə. Qaralov qeyd edib ki, Abşeron rayonu - Masazır qəsəbəsində “Zəli gölü” adlanan ərazidə və Nübar qəsəbəsi sürüşmə sahəsində təbii və texnogen amillərin təsirindən sürüşmə-çökmə prosesi aktivləşib.

Femida.az

Açar sözlər:

Oxunub: 1413