Zibil pulu artırıla bilər


22:32     02 İyun 2018 18_06_02_1527949645.jpg


İsmayıllıya yağan güclü yağış kəndlərə ciddi ziyan vurub, evlərin damları uçub, bir neçə ailə gecəni maşında gecələməli olub.

Bu barədə açıqlamasında qurumun İdarə Heyətinin sədri Etibar Abbasov bildirib.

"Tariflərin artırılması məsələsinə baxılmalıdır. Bütün dünyada bu tariflər yüksəkdir, amma Azərbaycanda aşağıdır. Səhmdar cəmiyyətin gəlirləri tullantıların daşınması ilə yanaşı, istehsal etdiyi elektrik enerjisinin satışından da formalaşır. Enerjinin tariflərini də Tarif Şurası müəyyən edib. Bu məsələlərə kompleks baxılmalı, tariflər artırılmalıdır ki, mənfəətlə işləyək", - deyə o, qeyd edib.

Sədr rəhbərlik etdiyi qurumun tabeliyindəki Balaxanı Sənaye Parkındakı son vəziyyət barədə də danışıb: "Parkın 6 rezidentindən 3-ü artıq fəaliyyətə başlayıb. Digər 3 rezident isə tikinti işləri bitdikdən sonra fəaliyyət göstərəcək. Parka yeni rezidentlərin cəlb edilməsi istiqamətində iş davam etdiriləcək. Bunun üçün Parkın ərazisi 1,3 hektar genişləndirilərək 8,3 hektara çatdırılıb".

Femida.az

Açar sözlər: #zibil_pulu   #kommunal   #Bakı  

Oxunub: 1372


Oxşar xəbərlər