“Son zəng” məktəblərdə keçirilsin - Nazirdən tövsiyə


16:10     05 İyun 2018 2018/04/ceyhun-bayramov_1524644015.jpg

“Son zəng”in keçirilməsi ilə bağlı bu il ötən illə müqayisədə hər hansı xüsusi yeniliklərin tətbiqi nəzərdə tutulmur.



Femida.az-ın məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir “Son zəng”lə bağlı təhsil müəssisələrinə tövsiyə verib: “”Son zəng” tədbiri təhsil bayramıdır. Təhsil Nazirliyinin bütün təhsil müəssisələrinə olan tövsiyəsi ondan ibarətdir ki, bu təhsil bayramını təhsil müəssisəsinin ərazisində keçirsinlər. Düşünürük ki, bu təhsil bayramı hər il olduğu kimi bu il də yüksəl səviyyədə təşkil olunacaq”.

Femida.az

Açar sözlər: #Təhsil   #Son-zəng   #Məktəb   #Tədbir  

Oxunub: 3976