Elmar Məmmədyarov yeni səfirlə görüşdü


21:43     05 İyun 2018 elmar_memmedyarov_1429032600.jpg

Xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankovu qəbul edib.



XİN-in mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, etibarnaməsinin surətini Elmar Məmmədyarova təqdim edən səfir Azərbaycana təyin olunmasından şad olduğunu və fəaliyyəti dövründə Azərbaycan və Bolqarıstan arasındakı ənənəvi dostluq münasibətlərinin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

Nazir Elmar Məmmədyarov səfir Nikolay Yankova diplomatik fəaliyyətində uğurlar arzu edib.

Görüşdə Azərbaycan və Bolqarıstan arasında əməkdaşlığın strateji tərəfdaşlıq müstəvisində inkişafından və yüksək səviyyəli siyasi dialoqdan məmnunluq ifadə edilib. Əsası qoyulmuş Cənub Qaz dəhlizi və onun tərkib hissəsi olan TANAP və TAP layihələrinin ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaradacağına əminlik qeyd olunub.

Nazir Elmar Məmmədyarov Bolqarıstanın Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinə dair davamlı mövqeyinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Görüşdə ikitərəfli gündəliyə aid məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Femida.az

Açar sözlər: #Səfir   #Elmar-Məmmədyarov  

Oxunub: 780