Hazırda Zaqatalada xırda təkanlar qeydə alınır


16:13     06 İyun 2018 2018/06/Zagatala_Sheki_map_070512_aze-586x369_1528272833.jpg

Zaqatalada dünən baş vermiş zəlzələdən sonra hazırda ərazidə xırda təkanlar qeydə alınır.



Femida.az bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli deyib.

O qeyd edib ki, hazırda qeydə alınan təkanlar dünənki zəlzələdən sonra baş verən avterşoklardır:

“Təkanlar yalnız Zaqatalada qeydə alınır. Ümumilikdə Zaqatalada və ətraf ərazidlərdə seysmoloji vəziyyət baxımından nisbi sakitlikdir”.

Qeyd edək ki, dünən saat 22:40-da Zaqatala ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentirdə 6 bala qədər hiss olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1534