Ərdoğandan Avropadakı türklərə çağırış: “Fəal olun”


15:42     07 İyun 2018 basbakan_erdogandan_feyziogluna_sert_sozler13999757180_h1157437.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropada yaşayan ölkə vətəndaşlarını 24 iyun seçkilərində fəal iştirak etməyə çağırıb.



Femida.az-ın məlumatına görə, dövlət başçısı bildirib ki, Avropadakı türklər ölkənin siyasi həyatında fəal iştirak etməlidirlər.

O, qarşıdakı seçkilərin müasir Türkiyə tarixində əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə eyni vaxtda parlament və prezident seçkiləri keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 902