Baba həbsdəki nəvəsinə görə tutuldu - Çörəyin içində görün nə keçirmək istədi


17:14     09 İyun 2018 2018/06/15285-1528532589_1528535734.jpg


Bakıda 2 saylı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.


Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Məcid Qasım oğlu Sultanova babası Gəncə şəhər sakini İdris Hüseyin oğlu Sultanov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman çörəyin içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd qol saatı fomasında mobil telefon aparatı, 1 ədəd elektrik qidalandırıcısı və 1 ədəd qulaqcıq aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Polis   #DİN   #Telefon   #Qulaqcıq  

Oxunub: 5749