Lənkəranda külli miqdarda narkotik aşkarlanıb


17:21     09 İyun 2018 2018/06/15143-1528531423_1528536204.jpg

Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, daxil olmuş məlumat əsasında Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən Qumbaşı kənd sakini Ruslan Hüseynova məxsus həyətyanı sahəyə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilmiş 77 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər: Polis   DİN    

Oxunub: 1312