Azərbaycanda dəhşət -Hamilə qadını öldürüb qamışlığa atdı
19:12 09 İyun 2018
Bir müddət əvvəl sevgilisi ilə Azərbaycana gələn qazaxıstanlı qızın Bakıda öldürüldüyü üzə çıxıb.
Femida.az ın verdiyi məlumata görə, bir neçə gün əvvəl Qazaxıstanda yaşayan şəxslər “Xəzər” televiziyasına müraciət edərək ailə üzvləri, 1985-ci il təvəllüdü Atsubayeva Ayqul Almaz qızının mayda Bakıya gəldiyini, daha sonra ondan xəbər ala bilmədiklərini bildiriblər. Dünən bu məsələ telekanalda Xoşqədəm Hidayətqızının aparıcısı olduğu verilişdə işıqlandırılıb və qızı Azərbaycana gətirən sevgilisi, Oğuz rayon sakini, 1989-cu il təvəllüdlü Yusifov Yolçu Adışirin oğlu verilişə dəvət olunub. Veriliş efirə gedəndən sonra Y.Yusifov polis idarəsinə çağırılıb və ondan qazaxıstanlı qızla bağlı ifadə alınıb. Bu zaman gənc oğlan özünü polis idarəsinin pəncərəsindən ataraq intihar edib. O, hadisə yerindəcə keçinib.
Aparılan təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində qazaxıstanlı qızın Yolçu Yusifov tərəfindən öldürüldüyü təsdiqlənib və A.Atsubayevanın meyiti Pirşağı qəsəbəsində qamışlıq sahəsindən tapılıb.
Bildirilir ki, öldürülən qadın hamilə olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Oxunub: 2379
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Bu gün Azərbaycanda Anım Günüdür
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Bu sayda erməni meyiti Azərbaycandadır
- Xarici ölkələrin Azərbaycandakı diplomatlarının Füzuli və Şuşaya səfəri başlayıb
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib